CƏMİYYƏT


Dövlət Komitəsinin sədri keçmiş məcburi köçkünlərin müraciətlərini dinləyib

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi, artıq onların doğma yurda qayıdışına hazırlıq görüldüyü, azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirlərinin görüldüyü, infrastruktur layihələrinin icra edildiyi, yeni yaşayış sahələrinin inşa olunduğu, bərpa və yenidənqurma işlərinin aparıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərin həllini nəzarətdə saxlayır, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşır.

Komitə sədrinin fərdi qaydada qəbul etdiyi vətəndaşların əksəriyyətini keçmiş məcburi köçkünlər təşkil edib. Onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub. Vurğulanıb ki, keçmiş məcburi köçkünlər üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad olunmuş şəhər və rayonların bir çoxunun Baş planı artıq təsdiq edilib, bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.