CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyi “Peşəkar” layihəsinə start verir

Bakı, 15 iyul, AZƏRTAC

Dövlət Məşğulluq Agentliyi “Peşəkar” layihəsinə start verir.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Peşə öyrən, işsiz qalma” devizi ilə başladılan layihə çərçivəsində işsiz və işaxtaran şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr tədris olunacaq və müxtəlif idarə və təşkilatlarla əməkdaşlıq çərçivəsində həmin şəxslərin işlə təmin edilmələrinə dəstək göstəriləcək.

“Peşəkar” layihəsi çərçivəsində ilk belə əməkdaşlıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə baş tutacaq. Belə ki, möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə əlillərinin və iştirakçılarının məşğulluq imkanlarının artırılması məqsədilə İnformasiya Texnologiyaları (IT) sahəsi üzrə birgə təlim kursu keçiriləcək.

Kurslar Dövlət Məşğulluq Agentliyinin sifarişi əsasında ADNSU nəzdində təsis edilən və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının dəstək verdiyi İsrail-Azərbaycan Təlim Mərkəzində təşkil ediləcək.

Layihəyə müraciət edən şəxslər peşə bacarıqlarının müəyyən olunması məqsədilə baza təlimlərinə cəlb olunacaqlar. Daha sonra isə 6 aylıq kurs müddətində benefisiarlara IT sahəsi üzrə müvafiq biliklər tədris olunacaq. Layihə çərçivəsində iştirakçılara cəmiyyətə inteqrasiya olunmaları üçün sosial adaptasiya mövzusunda qısamüddətli təlimlərin də keçirilməsi nəzərdə tutulub.

Kursu müvəffəqiyyətlə bitirən şəxslərə Təlim Mərkəzi tərəfindən müvafiq beynəlxalq səviyyəli sertifikat veriləcək və iş ilə təmin olunmalarına dəstək göstəriləcək.

Layihəyə qoşulmaq istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://cutt.ly/GmG1GyR

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.