CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyi korrupsiya əleyhinə beynəlxalq standartın tətbiqini davam etdirir

Bakı, 6 dekabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinin antikorrupsiya idarətmə sistemi üzrə beynəlxalq standart hesab edilən İSO 37001-nə uyğun qurulması istiqamətində işlər aparılır.

Dövlət Məşğulluq Agentliyinin AZƏRTAC-a verilən məlumata görə, həmin standart idarəetmədə şəffaflığın təminatı, korrupsiya risklərinin aradan qaldırılması üçün təlimat və prosedur dəstəyini təmin edir.

İlkin qiymətləndirmə, korrupsiyaya qarşı idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi, korrupsiya risklərinin qiymətləndirilməsi mərhələləri artıq başa çatıb. Növbəti mərhələdə korrupsiyaya qarşı idarəetmə sisteminin tətbiqi, təşkilat üzrə daxili auditin keçirilməsi və agentliyin sertifikasiya prosesi aparılacaq. Agentlik gələn ilin ortalarınadək fəaliyyətində İSO 37001 standartının tətbiqini yekunlaşdırmağı nəzərdə tutur.

Məlumata əsasən, standartın tətbiqi və sertifikatlaşdırma prosesində dəstək üçün agentlik tərəfindən müvafiq xidmətlərin satın alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun açıq tender keçirilib.

Beynəlxalq idarəetmə standartları sahəsində tanınan və Böyük Britaniyanın 2004-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərən “Zygon Caspian Consulting” şirkəti ən aşağı qiymət və səmərəli xidmət təklifinə görə tenderin qalibi olub.

Tenderin icrası satınalma qurumlarının nəzarəti ilə yerinə yetirilib və nəticələri elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.