CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək

Bakı, 12 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, “Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

Festivala ilk olaraq mayın 15-də Şamaxı şəhərində start veriləcək.

Ümumilikdə, festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

Şamaxı -15 may

Sumqayıt - 17 may

Lənkəran - 19 may

Şirvan - 21 may

Bakı - 23 may

Şəki - 25 may

Mingəçevir - 27 may

Bərdə - 30 may

Gəncə - 1 iyun

Qazax - 2 iyun

Festival çərçivəsində təqdim olunacaq peşələr isə bunlardır:

Aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik-dizayner, interyer-dizayner, kompüter proqram təminatçısı, elektrik, təmirçi çilingər, elektron cihazların təmirçisi.

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.

Öyrən, Əylən, Peşəni seç!

Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.