CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyində Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) nümayəndələri ilə görüş olub. Görüşdə ötən il ərzində birgə əməkdaşlıq çərçivəsində görülən işlər və planlaşdırılan layihələr müzakirə edilib.

Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, 2021-2022-ci illər ərzində Karyera Mərkəzi istiqamətində, “Alo Karyera” dəstək xidməti və “İş Klubu” layihəsi çərçivəsində əməkdaşlıq davam etdiriləcək.

Məlumat verilib ki, hazırda Dövlət Məşğulluq Agentliyi və GIZ arasında əməkdaşlıq çərçivəsində pilot layihə olaraq Bərdə, Ağdam və Mingəçevirdə yerləşən ərazi məşğulluq filiallarında resurs guşələrinin təşkilinə start verilib. Layihənin məqsədi ərazi məşğulluq filiallarına müraciət edən vətəndaşlara CV yazılmasına dəstək göstərmək, layihələrə qeydiyyat formalarının izah edilməsi və digər xidmətlərin optimallaşdırılmasıdır. Resurs guşələri GIZ tərəfindən texniki avadanlıqlarla təchiz olunacaq və müvafiq ərazi məşğulluq filiallarının əməkdaşları tərəfindən koordinasiya ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.