CƏMİYYƏT


Dövlət Məşğulluq Agentliyinin sədri “Tut əlimdən” layihəsi çərçivəsində şəhid övladları ilə maraqlı gün keçirib

Bakı, 28 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AzTV-nin birgə hazırladığı “Tut əlimdən” layihəsinin növbəti iştirakçıları nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli və Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun uşaqları Əli və Güllü olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid övladları ilə Şamaxıya səfərə gedib, uşaqları Şamaxı Astrofizika Rəsədxanası, Pirqulu adlanan dağ-meşə massivindəki Safari Park ilə tanış edib.

“Tut əlimdən” layihəsinin məqsədi şəhidlərin bizə əmanətləri olan övladlarının həmişə qayğı əhatəsində saxlamaq, cəmiyyəti bu istiqamətdə maarifləndirməkdir. Layihəyə qoşulan rəhbər vəzifəli və yaxud tanınmış şəxslər bir gününü şəhid övladları ilə keçirərək, onların asudə vaxtının mənalı keçməsinə dəstək olur, qayğılarını bölüşürlər.

Qeyd edək ki, “Tut əlimdən” layihəsinin növbəti buraxılışı ilə oktyabrın 28-i, saat 18.30-da AzTV-də tanış ola bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.