CƏMİYYƏT
Dövlət Məşğulluq Xidməti vətəndaşlara səyyar xidmət göstərir
Bakı, 23 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlar üçün səyyar xidmət davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, paytaxtın Nəsimi, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayonlarında məşğulluq mərkəzlərinə gəlmək imkanı olmayan vətəndaşlara özünüməşğulluq proqramı və digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, layihələrə qoşulmaq istəyənlərin qeydiyyatı aparılıb.
Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
Səyyar xidmət zamanı vətəndaşların sualları cavablandırılıb, onlara özünüməşğulluq layihəsinin əhəmiyyəti, müraciət qaydaları izah edilib. Həmçinin əmək bazarında tələbat olan və peşə hazırlığı kurslarında tədris olunan peşələrlə bağlı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]