CƏMİYYƏT


Dövlət Məşğulluq Xidmətinin növbəti zona müşavirəsi keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən növbəti zona müşavirəsi Sumqayıt şəhərində keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, müşavirədə Dövlət Məşğulluq Xidmətinin, Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzinin nümayəndələri və 27 rayonun məşğulluq mərkəzlərinin direktorları iştirak edib. Tədbirdə məşğulluğa dair yeni qəbul olunmuş normativ-hüquqi sənədlərin icrası sahəsində aparılan işlərdən bəhs olunub. İşsiz və işaxtaran şəxslərin aktiv məşğulluq tədbirlərinə cəlb olunması sahəsində görülən işlərin gücləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğu vurğulanıb. Bu işlər, habelə sığorta ödənişlərinin təyin edilməsi, Fərdi məşğulluq proqramlarının tərtib olunması və Məşğulluq Altsisteminin (MAS) fəaliyyəti ilə əlaqədar zəruri metodiki tövsiyələr verilib.

Müşavirədə peşə hazırlığı kurslarının təşkili sahəsində Heydər Əliyev Mərkəzləri, Gənclər Evi/Gənclər Mərkəzləri ilə əməkdaşlıq edilməsinin mühüm önəmi qeyd edilib. Peşəyönümü işinin səmərəliliyinin artırılması və işsiz şəxslərin digər aktiv məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı görülən işlər məsələlər müzakirə olunub. MAS-ın fəaliyyəti barədə təqdimatlar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.