CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti Azərbaycanda olan, yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Bakı, 14 oktyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

DMX-dən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə qeyd edilir ki, Nazirlər Kabinetinin 2020-ci il 13 oktyabr tarixli 386 nömrəli Qərarı ilə 2020-ci il oktyabrın 14-də saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə giriş-çıxış dayandırılıb.

Bununla əlaqədar, ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin DMX-nin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri - Qəbələ və Balakən “ASAN xidmət” mərkəzlərində, Füzuli, Beyləqan, İmişli, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında və Şirvan şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri Şirvan regional miqrasiya idarəsi və İmişli “ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Şəki (Şəki şəhəri və Kiş kəndi istisna olmaqla), Sabirabad (Sabirabad şəhəri və Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri istisna olmaqla), Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarında yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.