CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti Lənkəranda maarifləndirmə tədbiri keçirib
Bakı, 4 iyul, AZƏRTAC
Lənkəranda miqrasiya ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, Lənkəran regional miqrasiya idarəsi tərəfindən Lənkəran şəhər 4 saylı orta məktəbdə təşkil olunan tədbir “Əcnəbi və vətəndaşlığı olmayan şagirdlərin təhsil hüququ və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi” mövzusuna həsr olunub.
Tədbirdə DMX-nın fəaliyyət istiqamətləri, elektron xidmətlər, 7 gün 24 saat üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi barədə məlumat verilib. Həmçinin vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və təhsil əsasında müvəqqəti yaşama icazəsi vəsiqəsinin alınması barədə qanunvericilikdə nəzərdə tutulan prosedur qaydalar izah olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.