CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti Zaqatalada səyyar xidmət göstərib

Bakı, 15 may, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsi könüllülərinin iştirakı ilə Zaqatala şəhərində səyyar xidmət keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, səyyar xidmətin imkanlarından 17 nəfər istifadə edib. Onlardan səkkizinə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, iki nəfərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqələri verilib. Həmçinin sağlamlıq imkanı məhdud olan bir nəfərdən müvəqqəti yaşama icazəsinin verilməsi, bir nəfərdən isə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib. Bundan başqa, beş nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Xidmət istifadəçilərinin hər birinə BMT Baş Assambleyasının qəbul etdiyi “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının icrası üzrə görülmüş işlər, ölkəmizdə əməkçi miqrantların və onların hüquqlarının təminatı sahəsində reallaşdırılan tədbirlər barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.