Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti əcnəbi işçi heyətinin milli kadrlarla əvəzlənməsi məsələsinə nəzarəti gücləndirib

Bakı, 24 may, AZƏRTAC 

Mayın 24-də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev ilə Klubun üzvlərinin görüşünü və biznes-forum təşkil edib. Tədbir çərçivəsində Xəzər Enerji Forumunun miqrasiya məsələlərinə həsr olunmuş xüsusi sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən F.Nəbiyev DMX-nin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, DMX biznes sektoru ilə fəal dialoq qurur, sahibkarları narahat edən məsələləri təhlil edərək hökumət qarşısında qaldırır və zərurət yarandığı halda qanunvericiliyə dəyişikliklər olunması üçün təkliflər verir.

Diqqətə çatdırıb ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən DMX əcnəbi işçi qüvvəsindən istifadənin qanuna müvafiq olaraq, tənzimlənməsi istiqamətində ardıcıl tədbir həyata keçirir. Xidmət Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması ilə bağlı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyənləşdirilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Əmək miqrasiyası kvotası hər il növbəti ilin başlanmasına üç ay qalmış Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Bildirilib ki, miqrasiya sahəsində dövlət siyasətini, o cümlədən miqrasiya proseslərinə dövlət nəzarətini həyata keçirən DMX-nin iştirakı ilə 2013-cü ildə imzalanmış neft-qaz layihələrində milliləşdirilmə sahəsində əməkdaşlığa dair protokola uyğun olaraq, əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilib. İşəgötürənlər tərəfindən işçi qüvvəsinə olan tələbatın ödənilməsi üçün yerli əmək ehtiyatlarından daha geniş və səmərəli istifadə olunmasına şərait yaradılmalıdır.

DMX əcnəbi işçilərin Azərbaycanda işə cəlb olunması məsələsinə diqqətlə yanaşır. Xidmətin marağındadır ki, ilk növbədə Azərbaycan vətəndaşları işlə təmin olunsunlar. Azərbaycanda əcnəbi işçilərin işə cəlb olunması kvota əsasında həyata keçirilir, bununla bağlı qanun 2016-cı ildə təsdiqlənib. Əcnəbilər üçün ayrılan kvotada ildən-ilə azalma müşahidə olunur. Bu, Azərbaycanda yüksək səviyyəli mütəxəssislərin olması və ölkəmizdə fəaliyyət göstərən şirkətlərin bəzi kadrların hazırlanmasına önəm verməsi ilə bağlıdır.

F.Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə özəl sektora və sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirildiyi, əlverişli biznes və investisiya mühitinin formalaşdığı vaxtda DMX də qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətləri çərçivəsində sahibkarlarla əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin tərəfdarıdır. Bununla bağlı Xidmət tərəfindən hər zaman özəl və biznes sektora diqqət göstərilir, Xidmət rəhbərliyinin iştirakı ilə sahibkarlarla çoxsaylı görüşlər keçirilir, onları maraqlandıran məsələlərin mümkün qədər tez həlli üçün qanunauyğun iş aparılır. Bununla belə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.

DMX rəisi məlumat verib ki, hazırda Azərbaycanın Miqrasiya Məcəlləsinə uyğun olaraq, ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olma, xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini, o cümlədən Azərbaycan Respublikasında təsis edilmiş, təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutması əsası ilə Azərbaycanın ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə Xidmətə müraciətlər daxil olur. Bu müraciətlərin araşdırılması zamanı müvafiq əsasın olmadığı və bəzi hallarda qanunsuz miqrasiya hallarına rast gəlinir. Bu kimi hallar təəssüf doğurur. Sahibkarlar dövlətimizin başçısının onlara diqqət və qayğısına adekvat münasibət göstərməli, qanunlara riayət etməlidirlər.

“Ölkəmizə gələn xarici vətəndaşların sayının günbəgün artması Azərbaycanın sürətli iqtisadi inkişafı, ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində görülən işlər, siyasi sabitlik və geosiyasi mövqeyimizlə bağlıdır. Azərbaycanda mötəbər tədbirlərin keçirilməsi bir daha göstərir ki, ölkəmizdə miqrasiya məsələlərinin tənzimlənməsinə yüksək səviyyədə yanaşılır. Respublikamızda etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir əcnəbiyə ölkə vətəndaşları ilə eyni münasibət göstərilir. Eyni zamanda, “ASAN Viza” sistemi tətbiq olunandan sonra Azərbaycana gələn xarici vətəndaşların sayı artıb. Bu, onu göstərir ki, dövlət tərəfindən xarici vətəndaşların ölkəmizə turist kimi gəlməsinə əhəmiyyət verilir”, - deyə F.Nəbiyev vurğulayıb.

Xidmət rəisi deyib ki, DMX-nin elektron xidmətləri istifadəyə verilib. Burada müraciətlərin elektron formada qəbulu həyata keçirilir. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə biz miqrantı ölkəyə gəldiyi andan çıxanadək nəzarətdə saxlaya bilirik. Bununla yanaşı, DMX “ASAN xidmət” mərkəzlərində də bir sıra xidmətlər həyata keçirir.

Görüşdə biznes forum iştirakçılarının mövzu ilə bağlı təklifləri, eləcə də Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubuna üzv şirkətləri maraqlandıran məsələlər müzakirə olunub. Biznes forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı onları maraqlandıran suallara cavab tapıb, təkliflər irəli sürüblər.

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev görüşə, o cümlədən klubun üzvləri tərəfindən səsləndirilən təkliflərə göstərilən diqqətə görə F.Nəbiyevə minnətdarlığını bildirib. T.Əliyev Klubun 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını və onun sədrinin Prezident İlham Əliyev olduğunu xüsusi vurğulayıb. Bildirib ki, təsis olunduğu ilk gündən Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Sıralarında 5 mindən çox şirkət və təşkilatı birləşdirən Klub dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

Tədbirdə F.Nəbiyevə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlük sertifikatı təqdim olunub.

Biznes forumda şirkət rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO