CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti əcnəbi vətəndaşları “Evdə qal evdə yarat” təşəbbüsünə qoşulmağa dəvət edir

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) də Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının elan etdiyi “Evdə qal evdə yarat” təşəbbüsünə qoşulur.

DMX-dən AZƏRTAC-a bildirilib ki, Xidmət ölkəmizdə yaşayan əcnəbiləri bu layihədə iştirak etməyə dəvət edir.

Məlumatda bildirilir ki, ölkəmizdə yaşayan əcnəbilər evdə olduğu müddətdə yaradıcılıqlarından ayrılmasın. Hazırladıqları kreativ məhsullarla (rəsm əsəri, video, şeir, musiqi və s.) dəyərli hədiyyələr qazanmaq şansı əldə etsinlər.

Qeyd edək ki, “Kreativ Azərbaycan” portalının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Facebook” sosial şəbəkəsi vasitəsilə martın 21-dən başlatdığı “Evdə qal evdə yarat” layihəsi aprelin 30-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.