CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti gəncləri “Miqrasiya könüllüsü” layihəsində iştiraka dəvət edir

Bakı, 7 fevral, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) gənclərlə təmasları artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün gəncləri Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsini genişləndirmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə enerjili, bacarıqlı, vətənpərvər yaradıcı və təşəbbüskar gəncləri “Miqrasiya könüllüsü” layihəsinə qoşulmağa dəvət edir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin komandasının üzvü olaraq gənclər bu qurumda təcrübə qazanacaq, əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq, miqrasiya proseslərini yaxından izləyəcək və bu prosesdə iştirak edəcək, gələcək karyera üçün biliklər əldə edəcək, beynəlxalq tədbirlərdə iştirak imkanı qazanacaqlar. Eyni zamanda, beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olacaq gənclərə bu prosesdə iştirak imkanı yaradılacaq. Həmin gənclər Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq, yerli və xarici gənclərdən ibarət komandanın üzvü olacaq və yeni dostlar qazanacaqlar.

Miqrasiya könüllülərinin komandasına qoşulmaq istəyən gənclər CV-lərini [email protected] email ünvanına göndərə bilərlər. Ətraflı məlumat almaq üçün (012) 562-53-01 nömrəsinə zəng vurmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.