CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı, 6 fevral, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso, hüquq şöbəsinin müdiri Octavian Mohorea və onun müavini Samirə Allahverdiyeva ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, V.Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirilib ki, cari ildən yalnız DMX tərəfindən bu qəbildən olan insanların qeydiyyata alınma proseduru həyata keçirilir. Ölkəmizdə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir. Qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xidmət rəisi DMX ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində qazanılan nailiyyətlərin güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.

Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası, əmək bazarına çıxışının sadələşdirilməsi istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.