CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ilə ölkəmizdəki işəgötürənlər arasında onlayn görüş keçirilib

Bakı, 13 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) işəgötürənlərin məlumatlandırılması ilə bağlı videokonfrans formatında tədbir keçirib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, müəssisə rəhbərlərinin, yerli və xarici fərdi sahibkarların və onların nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayev iştirakçılara Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli qərarı ilə “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”, kvota proqnozlarının verilməsinin zərurəti, proqnoz-məlumat formasının düzgün doldurulması və əməkçi miqrantlara olan tələblər barədə geniş məlumat verib.

Bildirib ki, əcnəbi işçi qüvvəsini işə cəlb etmək niyyətində olan işəgötürənlər növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə xarici işçi qüvvəsinə tələbat haqqında proqnoz-məlumat formasını tam dolduraraq imza və möhürlə təsdiqlədikdən sonra Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidirlər.

Baş idarə rəisi həmin anket formasının Xidmətin rəsmi internet saytında (www.migration.gov.az) yerləşdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, məşğulluq təsnifatı üzrə peşələrin kodları haqqında məlumatları Dövlət Miqrasiya Xidmətinin internet səhifəsindən və ya www.azstat.org/təsnifat linkinə keçid edərək öyrənmək mümkündür.

İ.Abdullayev iş icazəsinin alınmasında (uzadılmasında) işəgötürənlərin qarşısına qoyulan öhdəlikləri diqqətə çatdırıb. Pandemiya dövründə DMX tərəfindən olunan güzəştlər haqqında məlumat verib.

Sonra yeni yaradılmış elektron müraciət formasının təqdimatı olub. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.