CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti ölkəmizdəki ali təhsil ocaqlarının nümayəndələri ilə onlayn görüş keçirib

Bakı, 20 noyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) Təhsil Nazirliyi, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqlarının məsul əməkdaşları və nümayəndələri ilə videokonfrans formatında maarifləndirmə tədbiri keçirib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Xidmətin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini, miqrasiya xidməti müşaviri Tamilla Hacıyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə təhsil alan əcnəbi müəllim və tələbə heyəti üçün miqrasiya sahəsində tətbiq olunan güzəştləri diqqətə çatdırıb. Qeyd edib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə faktiki yaşayış yeri üzrə qeydiyyata alınmalıdırlar. Respublikada müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi yaşayış yerini dəyişdikdə 10 gündən gec olmayaraq yeni yaşayış yeri üzrə qeydiyyata alınması üçün DMX-yə müraciət etməlidir.

Həmçinin xatırladıb ki, 60 günədək müvəqqəti olma müddəti uzadılmış əcnəbilər həmin müddət bitdikdən sonra belə müvəqqəti yaşama icazəsi üçün müraciət etdikdə, inzibati məsuliyyətə cəlb edilmirlər. Vətəndaşlar bununla, eləcə də miqrasiya qanunvericiliyi ilə bağlı suallarını DMX-nin 919 - Çağrı mərkəzinə və onun “onlayn bələdçi” xidmətinə, Xidmətin rəsmi “Facebook”, “Instagram” və “Twitter” səhifəsi vasitəsilə də ünvanlayıb məlumat ala bilərlər.

Sonra elektron ərizə-anketlə bağlı təqdimat keçirilib.

İştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.