CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki keçirilib

Bakı, 26 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şura üzvlüyünə seçki keçirilib.

DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seçki gününə 10 gün qalanadək Xidmətdə bərabər əsaslarla qeyri-hökumət təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş 112 seçicidən 87 nəfəri səsvermədə iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılıb. Səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Şuranın 9 üzvdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulsa da, səsvermənin nəticəsinə görə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə, 13 namizəddən 7-si Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya üzv seçilib. Boş qalan iki yer üçün təkrar seçki keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.