CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın boş qalmış üzvlüyünə təkrar seçki keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 3.10-cu bəndinə uyğun olaraq, iyulun 9-da Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın boş qalmış altı üzvlüyünə təkrar seçki keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, qanunvericiliyə müvafiq olaraq ən çox səs toplamış altı namizəd İctimai Şuranın üzvü seçilib.

Beləliklə, ilkin və təkrar səsvermənin nəticələri əsasında növbəti iki il müddətinə DMX yanında İctimai Şura doqquz nəfərdən ibarət tərkibdə formalaşıb.

Qeyd edək ki, İctimai Şura iyirmi gün müddətində ilk iclasını keçirməklə yeni tərkibdə fəaliyyətə başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.