CƏMİYYƏT


Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın ilk iclası keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın yeni tərkibinin ilk iclası keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Xidmətin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov vətəndaş cəmiyyəti institutları ilə yaxından əməkdaşlıq edildiyini bildirib.

Xidmətin ölkəmizdə İctimai Şuranın yaradıldığı ilk dövlət orqanlarından biri olduğunu vurğulayan V.Qəhrəmanov miqrasiya sahəsində ictimai nəzarətin həyata keçirilməsində, Xidmət ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilində, miqrantların hüquqlarının və qanuni maraqlarının müdafiəsi istiqamətində aparılacaq fəaliyyətdə Şuranın üzvlərinə uğurlar diləyib.

Tədbirdə Şura üzvləri öz aralarından Şuranın sədrini, sədr müavinini və katibini seçiblər. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov, sədr müavini “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin sədri Lamiyə Kərimova, katibi isə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Aydan Haşımova seçilib.

İclasda “Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Etik Davranış Qaydaları” və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Reqlamenti” qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.