CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Azərbaycanda səfərdə olan müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Miqrantların və qaçqınların inteqrasiya alətləri, metodları və təcrübələr mübadiləsi” mövzusunda görüş keçirilib.

DMX-dən AZƏRTAC-a bildirilib ki, görüşdə gənclərə dünyada və regionda miqrasiya proseslərinin artan əhəmiyyəti, Azərbaycanın sürətli inkişafı ilə bağlı olaraq yaradılan və ölkəmizdə miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, prioritetləri, həyata keçirilən yeniliklər və layihələr barədə məlumat verilib. Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən sonra yaranmış yeni reallıqlar, ölkəmizdə və ümumilikdə regionda miqrasiya proseslərinin dinamikasına əhəmiyyətli təsiri gənclər təşkilatlarının nümayəndələrinin diqqətinə çatdırılıb.

Sonda gənclər təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.