CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətində qanvermə aksiyası keçirilib

Bakı, 15 mart, AZƏRTAC

Martın 15-də Dövlət Miqrasiya Xidmətinin (DMX) mərkəzi aparatında Xidmətin yaradılmasının 12-ci ildönümü və miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsində qanvermə aksiyası keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq, təşkil edilən qanvermə aksiyasında qurumun 170 əməkdaşı iştirak edib.

Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən aksiyanın məqsədi talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Qeyd edək ki, Bahadur Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər.

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.