CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin “Hüquq və gənc hüquqşünaslar” layihəsinin müsahibə mərhələsində 90 tələbə iştirak edib

Bakı, 28 yanvar, AZƏRTAC 

Gələcəkdə peşəkar hüquqşünas olmaq istəyənlər üçün “Hüquq və gənc hüquqşünaslar” layihəsinin müsahibə mərhələsi keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, DMX-nin, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan nümayəndəliyinin (“ELSA Azerbaijan”) və “ProDemos" İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılır.

Müsahibədə biliklərini formalaşdırmaq və ölkədə inkişaf edən hüquq sahələri haqqında yeni biliklər əldə etmək imkanı qazanmaq istəyən hüquqşünaslıq ixtisası üzrə təhsil alan 90 tələbə iştirak edib.

Nəticələr qısa müddət ərzində açıqlanacaq.

Qeyd edək ki, layihə çərçivəsində tətbiq olunacaq tədris proqramı hüquq sisteminin əsasları üzrə nəzəri biliklər, hüququn fərqli sahələri üzrə biliklərin zənginləşdirilməsi, nəzəri biliklərin tətbiqi üzrə təcrübənin formalaşdırılması istiqamətlərini əhatə etməklə gənclərin hüquqi biliklərinin artırılmasına və qazanılmış biliklərin tətbiqi üzrə peşəkarlıq təcrübəsinin mənimsənilməsinə dəstək verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.