CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Nizami ili” çərçivəsində Gəncəyə səfər ediblər

Bakı, 18 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları “Nizami ili” çərçivəsində Gəncəyə səfər çərçivəsində şairin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ediblər.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun Nizami Gəncəvi Məqbərə Kompleksi filialının müdiri Gülnarə İsmayılova dahi mütəfəkkirin həyat və yaradıcılığı barədə məlumat verib. O, məqbərənin yaranma tarixindən, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılmış yenidənqurma işlərindən danışıb.

Nizami Gəncəvi Muzeyində isə əməkdaşlar şairin zəngin irsini əks etdirən ekspozisiya və qədim əlyazmalarla tanış olublar. Tədbirdə miniatür rəssamlığın ən nəfis və incə nümunələrini yaradan rəssam Rasim Hüseynovun Nizami əsərlərini əks etdirən yaradıcılıq nümunələri barədə də məlumat verilib. Rəssam DMX-yə dahi şairin 880 illik yubileyinə həsr olunmuş əl işlərini hədiyyə edib.

Ekskursiya çərçivəsində Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan 5 möhtəşəm kitab-abidə də ziyarət olunub.

Gəncə səfərində Vətən müharibəsində iştirak etmiş DMX əməkdaşları da iştirak ediblər. Səfərin iştirakçıları Azərbaycanın ikinci böyük şəhəri Gəncədə erməni terroru nəticəsində çoxsaylı insanın öldüyü, yaralandığı və böyük dağıntılara məruz qaldığı massivlərlə tanış olublar.

Xidmət əməkdaşları, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.