CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin növbəti maarifləndirmə tədbiri Saatlı rayonunda keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) növbəti maarifləndirmə tədbiri Şirvan regional miqrasiya idarəsi tərəfindən keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Saatlı rayonunda təşkil edilən tədbir “Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvafiq yaşama icazələrinin verilməsi prosedurları və qanunsuz miqrasiyaya qarşı mübarizə” mövzusuna həsr olunub. Şirvan regional miqrasiya idarəsinin əməkdaşları Xidmətin fəaliyyət istiqamətləri, elektron xidmətlər, yeddi gün 24 saat üç dildə fəaliyyət göstərən 919 - Çağrı Mərkəzi, MİGAZ mobil tətbiqi barədə məlumat veriblər. Həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərindən söhbət açılıb, leqallaşdırma qaydaları izah olunub.
Maarifləndirmə tədbiri çərçivəsində üç ailənin qaçqın statusunun əldə edilməsi ilə bağlı müraciətləri səyyar formada qəbul edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]