CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin növbəti maarifləndirmə tədbiri Şamaxı rayonunda keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) növbəti maarifləndirmə tədbiri Şamaxı rayonunda keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Ağsu regional miqrasiya idarəsi tərəfindən təşkil edilən tədbir “2023-cü il üçün Türk dünyasının turizm paytaxtı Şamaxı şəhəri miqrasiya kontekstində” mövzusuna həsr olunub. Əvvəlcə Şamaxının tarixi turistik məkanları, istirahət mərkəzləri və digər görməli yerlərindən bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşamalarının leqallaşdırılması ilə bağlı müraciət prosedurları, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər izah olunub. Dövlət Miqrasiya Xidmətinin 3 dildə, fasiləsiz fəaliyyət göstərən 919 Çağrı Mərkəzi, elektron xidmətlərdən istifadə, daxil olan sualların operativ cavablandırılmasının təmini istiqamətində görülən işlər, eləcə də miqrasiya orqanlarına qulluğa qəbul qaydaları barədə məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.