CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi İctimai Şuranın üzvləri ilə onlayn iclas keçirib
Bakı, 13 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun iştirakı ilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Vüsal Hüseynov 2020-ci ildə həyata keçirilmiş miqrasiya siyasətinin əsas nəticələri və bu sahədə cari vəziyyət, Dövlət Miqrasiya Xidməti tərəfindən görülən işlər, həmçinin göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində tətbiq olunan yeniliklər barədə məlumat verib.
DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov ötən il Şuranın üzvləri tərəfindən görülmüş işlər və yeniliklərin tətbiqi barədə məlumatları təqdim edib.
Görüşdə 2021-ci ilin birinci yarısında Dövlət Miqrasiya Xidməti ilə İctimai Şura arasında əməkdaşlığın əsas perspektivləri və tərəflərin gözləntiləri, digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda İctimai Şura üzvlərinin təklifləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]