CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəisi: “Yüksəliş” müsabiqəsi iştirakçıların həyatında dönüş nöqtəsi rolunu oynayacaq VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi sistemli və məqsədli iş prinsipi ilə həm dövlət, həm özəl strukturların etimadını qazanıb. Ölkənin peşəkar idarəçiləri, ictimaiyyətin tanınmış nümayəndələri ilə İşçi Qrupu tərəfindən mütəmadi təşkil olunan vebinarlarda iştirakçılarla daim ünsiyyətdə olmaq faydalı məlumatların, tövsiyələrin onlarla bölüşülməsinə xidmət edir. Hazırda əyani mərhələnin videomüsahibə turunun 940 iştirakçısı ilə birgə növbəti mərhələlərə hazırlıq prosesini uğurla davam etdirən müsabiqə idarəçi rəhbərlərin də diqqətindədir.
“Yüksəliş” müsabiqəsində Azərbaycanda fəaliyyət göstərən tanınmış şəxslərdən ibarət idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) yer alır.
AZƏRTAC xəbər verir ki, bu dəfə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov müsabiqə ilə bağlı açıqlamasında peşəkar idarəçiliklə bağlı sualları cavablandırıb, gələcək rəhbərlərə tövsiyələrini bildirərək deyib: “Yaxşı idarəçi olmaq üçün tövsiyələr çoxdur. Vacib məqamlardan biri odur ki, rəhbər idarəçilik prosesinin əhəmiyyətini, bu prosesin daim yenilənmə tələb edən bir sahə olmasını diqqətdə saxlasın. İdarəçi davamlı öyrənən bir şəxsdir. Lakin o, yalnız məşğul olduğu sahənin incəliklərini deyil, paralel olaraq idarəçilik prosesini də öyrənməli, təkmilləşdirməli və tətbiq etdiyi idarəçilik metodunun, layihənin, idarə etdiyi təşkilata təsirini qiymətləndirməyi bacarmalıdır”.
Uğurlu idarəçiləri birləşdirən bir çox xüsusiyyətlərin olduğunu vurğulayan Vüsal Hüseynov bunlardan komanda qurmaq bacarığı, qarşılıqlı inam, strateji alətləri tətbiqetmə bacarığı, strateji düşüncə, vaxt menecmenti, məsuliyyətli olmaq və məsuliyyəti üzərinə götürmə və digər bacarıqları qeyd edib. Bildirib ki, “Yüksəliş” müsabiqəsinin məqsəd və hədəflərini nəzərə alaraq dövlət sektorunda tələb olunan bir sıra xüsusiyyətləri qeyd etmək istərdim. Dövlət sektorunda olan idarəçi, ilk növbədə, dövlət maraqlarını, dövlətimizin başçısının ölkəmizin gələcəyi ilə bağlı vizionunu, dövlət sektorunda olan idarəçilərə tələblərini tam mənimsəməli, fəaliyyətində bu tələbləri rəhbər tutmalıdır. Bu şəxslərin fəaliyyətində şəffaflıq, hesabatlılıq, dürüstlük prinsipləri daim əsas yer tutmalı, onlar öz fəaliyyətində yüksək etik davranış standartlarını gözləməlidirlər. Onlar fəaliyyətinin ictimai dəyər yaratmasını, vətəndaşların rifahına müsbət təsir etməsini, eyni zamanda, dövlətimizin güclənməsinə töhfə verməsini daim nəzarətdə saxlamalıdırlar.
“Bu müsabiqə seçilmiş şəxslərin xüsusi hazırlanmış proqramda iştirakını nəzərdə tutur. Hesab edirəm ki, belə bir mühitdə yeni biliklər əldə etmiş idarəçi şəxslər məşğul olduğu sahədən asılı olmayaraq müsbət fərq, müsbət dəyər yaradacaqlar. Müsabiqənin iştirakçılarından gözləntilərim çox böyükdür. Məmnunam ki, bu müsabiqənin mentorlarından biriyəm. Gələcəkdə seçilən şəxslərlə əməkdaşlığımızı səbirsizliklə gözləyirəm. Bir daha müsabiqə iştirakçılarına uğurlar arzulayıram”, - deyə DMX-nin rəisi vurğulayıb.