CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Bakı, 1 fevral, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Camal Nağıyev ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmət rəisi Camal Nağıyevi təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, xüsusi hazırlanmış mentorluq proqramı çərçivəsində DMX-nin müxtəlif struktur bölmələrinin fəaliyyəti ilə tanışlıq, hüquqi bazanın təkmilləşdirilməsi və ixtisasına uyğun olaraq digər sahələr üzrə də bilik və bacarıqlarının artırılmasına şərait yaradılacaq. V.Hüseynov, həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. C.Nağıyev mentorluq proqramı çərçivəsində təcrübə keçməyin böyük nailiyyət olduğunu bildirib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilərək dəstəklənməsi məqsədilə təsis olunub. Şərtlərə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.