CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov oktyabrın 30-da saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi (https://migration.gov.az/contacts/appointment) vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidir.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.