CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib
Bakı, 27 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmi internet səhifəsində onlayn müraciət imkanı təkmilləşdirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, quruma rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət etmək istəyənlər üçün yeni xidmət “Dövlət Miqrasiya Xidmətinə onlayn müraciətin edilməsi və izlənilməsi xidməti” yaradılıb. DMX-nin rəsmi internet səhifəsi vasitəsilə müraciət edən şəxslər bundan sonra “Əlaqə” pəncərəsinə keçid alaraq müraciətdən sonra “Müraciəti izlə” pəncərəsi vasitəsilə onun nömrəsini qeyd etməklə icra vəziyyəti barədə məlumat əldə edə biləcəklər. Müraciət ünvanlamaq istəyən istifadəçilər https://www.migration.gov.az/az/apply linkindən istifadə edə bilərlər.