CƏMİYYƏT


Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümünə həsr edilmiş “Breyn-Rinq” intellektual yarışması keçirilib

Bakı, 11 mart, AZƏRTAC 

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 12-ci ildönümünə həsr edilmiş “Breyn-Rinq” intellektual yarışması keçirilib.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun rəisi Vüsal Hüseynov çıxış edərək yarışmada iştirak edən komandalara uğurlar arzulayıb.

İntellekt yarışında xidmət əməkdaşlarından ibarət 12 komanda qələbə uğrunda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən “Breyn-Rinq” oyununun qalibi “Pleymeyker-12” komandası olub. “İdeya” komandası ikinci, “Xəzinə” isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar.

Bilik yarışmasının ən fəal iştirakçılarına isə xatirə hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.