MƏDƏNİYYƏT
Dövlət Musiqili Teatrı fevral ayında maraqlı repertuarlarla çıxış edəcək
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrı fevral ayında teatrsevərlərə maraqlı tamaşalar təqdim edəcək.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gələn ay sənət ocağının səhnəsində 20-dək tamaşa nümayiş olunacaq. Belə ki, bu ayda tamaşaçılara hər zaman maraqla qarşılanan bir sıra səhnə əsərləri - “O olmasın, bu olsun”, “Ər və arvad”, “Toya bir gün qalmış” , “Mən dəyərəm min cavana” , “www-ferzeli-kef.com”, “Kimdir müqəssir?”, “Talelər qovuşanda”, “Qısqanc ürəklər” və s. təqdim ediləcək. Habelə, rusdilli balaca tamaşaçılar üçün “Qafqazlı qardaşqızı”, “Skapenin kələkləri”, “Düyməcik”, “Yağış göbələyinin macərası” , “Dəcəl çəpişlər”, “Bir dayan, canavar” , “Qırmızı papaq” və başqa tamaşalar nümayiş olunacaq.
Qeyd edək ki, hazırda teatrda bir neçə yeni tamaşa hazırlanır. Fevral ayında həmin tamaşalardan birinin – Xalq Yazıçısı Elçinin hekayələri əsasında səhnələşdirilmiş “Baladadaşın toy hamamı” lirik komediyasının premyerası nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]