SİYASƏT


Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizon Zabitlər Evinin, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.