İQTİSADİYYAT


Dövlət Neft Fondu neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın ləğvinin səbəbini açıqlayıb

Bakı, 16 aprel, AZƏRTAC

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunu (Qanun) ilə yeni Büdcə qaydası (Büdcə qaydası) təsdiq edilib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Fərmanı ilə Büdcə qaydasına (Büdcə qaydası) uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası” təsdiq olunub ki, cari ildən etibarən icmal büdcə xərcləri, o cümlədən xərclənə bilən neft gəlirlərinin yuxarı həddi məhz yuxarıda qeyd edilən normativ sənədlər əsasında müəyyən edilir.

Fonddan AZƏRTAC-a bildirilib ki, yeni Büdcə qaydasının tətbiqi, eyni zamanda, mövcud olan normativ hüquqi aktların bu qaydaya uyğunlaşdırılması zərurəti yaradır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Fərmanının 2.1-ci bəndi ilə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması tapşırığı verilib.

Büdcə qaydasına əsasən icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilir ki, bu sənəd Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanı (Strategiya) tamamilə əvəzləyir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli Fərmanı ilə Strategiyanın təsdiqinə dair Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli Fərmanı ləğv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.