İQTİSADİYYAT


Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üçün büdcə layihəsi müzakirə edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, dekabrın 25-də Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi müzakirə olunub.

Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla Dövlət Neft Fondunun 2018-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair fondun icraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq fondun büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və ARDNF-in idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib. İclasda, həmçinin Neft Fondunun 2018-ci il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.

İclasda, eyni zamanda, ARDNF-in “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”nın yeni “Maliyyə alətləri” adlı 9 nömrəli standartına keçidi ilə əlaqədar fondun “Mühasibat Uçotu Siyasəti” və “Hesablar Planı”na müvafiq dəyişikliklər təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.