İQTİSADİYYAT
Dövlət Neft Fondunun ABŞ dolları portfelinin 12,9 faizi qızıl investisiyalarıdır
Bakı, 3 may, AZƏRTAC
Aprelin 1-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68,6 faizini, avro 19,7 faizini, funt sterlinq 5,2 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,6 faizini, Rusiya rublu 0,6 faizini, Çin yuanı 1,3 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,9 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2021-ci ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.
Hesabata görə, ABŞ dolları portfelinin 5 milyard 496,9 milyon dollarlıq hissəsini (12,9 faiz) qızıl investisiyaları təşkil edib.
Həmçinin ARDNF-in investisiya portfelinin 0,29 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.
Qeyd edək ki, Neft Fondunun bu ilin yanvar-mart ayları ərzində büdcə gəlirləri 3 milyard 182,1 milyon manat, büdcə xərcləri isə 2 milyard 519,9 milyon manat təşkil edib. Aprelin 1-nə fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,84 faiz azalaraq 42 milyard 761,3 milyon dollara bərabər olub. Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]