İQTİSADİYYAT


Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları azalıb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya-Sakit Okean ölkələrinə investisiyalarını azaldıb.

AZƏRTAC Neft Fondunun 2021-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il iyulun 1-nə ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 21,43 faizi Asiya-Sakit Okean ölkələri təşkil edib. İlin ilk rübünün sonuna olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 23,80 faizi Asiya-Sakit Okean ölkələri təşkil edirdi.

Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Avropa, Şimali Amerika, Avstraliya-Yeni Zelandiya və Yaxın Şərqə investisiyaları isə artıb. Belə ki, cari ilin ikinci rübünün sonuna Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında Avropaya investisiyalarla bağlı göstərici ilin ilk rübünün sonuna nisbətdə 29 faizdən 30,45 faizə, Şimali Amerika üzrə 25,89 faizdən 26,07 faizə, Avstraliya-Yeni Zelandiya üzrə 1,14 faizdən 1,16 faizə, Yaxın Şərq ölkələrində isə 1,29 faizdən 1,36 faizə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.