İQTİSADİYYAT


Dövlət Neft Fondunun Avropa ölkələrinə investisiyaları azalıb

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Avropa ölkələrinə investisiyaları azalıb, Asiya-Sakit Okean ölkələrinə isə artıb.

AZƏRTAC Neft Fondunun 2020-ci ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il sentyabrın 30-na ARDNF-in investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29,37 faizi Avropa təşkil edib. İlin əvvəlinə olan məlumata görə isə fondun coğrafi regionlar üzrə təsnifatında 33,8 faizi Avropa təşkil edirdi. Beləliklə də, ilin ötən dövründə Neft Fondu Avropa ölkələrinə investisiyalarını 4,43 faiz azaldıb.

Müqayisə olunan dövrdə Dövlət Neft Fondunun Asiya-Sakit Okean ölkələrinə investisiyaları isə artıb. Belə ki, üçüncü rübünün sonuna Neft Fondunun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında bu ölkələrə investisiyalarla bağlı göstərici ilin əvvəli ilə müqayisə 33,76 faizdən 35,53 faizə yüksəlib.

Bu müddətdə fondun Şimali Amerikaya investisiyaları üzrə göstərici 24,91 faizdən 26,62 faizə yüksəlib, Avstraliya-Yeni Zelandiya üzrə göstərici isə 2,04 faizdən 1,09 faizə enib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.