İQTİSADİYYAT


Dövlət Neft Fondunun investisiya portfelinin 59,47 faizi inkişaf etmiş ölkələri əhatə edir

Bakı, 3 may, AZƏRTAC

Aprelin 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 29 faizi Avropa, 23,8 faizi Asiya-Sakit Okean ölkələri, 25,89 faizi Şimali Amerika, 1,14 faizi Avstraliya-Yeni Zelandiya, 1,29 faizi Yaxın Şərq, 0,04 faizi Cənubi Amerika və 5,98 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2021-ci ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 59,47 faizi inkişaf etmiş ölkələr, 21,70 faizi inkişaf etməkdə olan ölkələr, 5,98 faizi beynəlxalq maliyyə təşkilatları, 12,85 faizi qızıl təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.