İQTİSADİYYAT


Dövlət Neft Fondunun istiqrazlar və pul bazarı alətlərinə investisiyaları azalıb

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını azaldıb.

AZƏRTAC ARDNF-in cari ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, iyulun 1-nə fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 62,9 faizi istiqrazlar və pul bazarı alətləri təşkil edib. İlin ilk rübünün sonunda Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 64 faizlik paya sahib olub.

ARDNF-in səhm investisiyaları isə artıb. Belə ki, ikinci rübün sonunda fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə səhm investisiyaları 17,9 faiz olduğu halda, birinci rübün sonunda bu göstərici 17 faiz təşkil edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.