ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti: Azİİ e-Kitab Evi sertifikata layiq görülüb

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçirilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi sertifikata layiq görülüb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Azİİ e-Kitab Evinin stendi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, BP və digər qurumların əməkdaşları tərəfindən ziyarət olunub və burada nümayiş etdirilən kitablar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Sərgidə xüsusi stendlə təmsil olunan Azİİ e-Kitab Evinin 100-dən çox materialı nümayiş etdirilib. Heydər Əliyev irsi, qədim əlyazmalar, nadir kitab meyarlarına cavab verən miniatür nəşrlər, həmçinin universitetin professor və müəllimlərinin yazdıqları dərsliklər və monoqrafiyalar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and Industry” jurnalı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.