ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti VIII Beynəlxalq Sənaye Forumunda təmsil olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rafiq Camalov Poltava şəhərində (Ukrayna) keçirilən “İstehsal. Quyuların əsaslı təmiri. İntensivləşmə” adlı VIII Beynəlxalq Sənaye Forumunda iştirak edib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəb 2017-ci ildən universitetlər arasında müvafiq müqavilə imzalandıqdan etibarən Forumun təşkilatçısı - Yuri Kondratyuk adına Poltava Politexnik Milli Universiteti ilə əməkdaşlıq edir. Bu illər ərzində bir çox birgə tədbirlər keçirilib, tələbə mübadiləsi aparılıb. Poltava Politexnik Milli Universitetində “Ukrayna-Azərbaycan Mərkəzi” fəaliyyət göstərir.

Forumun açılışında dosent Rafiq Camalov birgə nailiyyətlərdən danışıb və xüsusilə neft-qaz sektorunda gələcək əməkdaşlığın istiqamətlərini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.