ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti mühəndislik təhsili sahəsində dünyanın ən yaxşı ali məktəbləri sırasında yer alıb

Bakı, 17 aprel, AZƏRTAC

Dünya elm bazalarında yer alan universitetlərin reytinqini təqdim edən İspaniyanın “Scimago Institutions Rankings” nəşriyyatı 2021-ci il üçün reytinq cədvəlini dərc edib. “Elsevier” və “Scopus” məlumat bazası əsasında aparılmış araşdırmanın nəticəsi olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2021-ci ildə dünyanın ən yaxşı 900 universiteti siyahısında ümumi sıralamada 855-ci yerdə qərarlaşıb.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, reytinqə əsasən universitet mühəndislik təhsili sahəsində isə 690-cı yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.