ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində Çingiz Cuvarlı adına auditoriya açılıb

Bakı, 17 fevral, AZƏRTAC 

Fevralın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində akademik Çingiz Cuvarlı adına İxtisaslaşdırılmış auditoriyanın açılış mərasimi keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Prezident İlham Əliyevin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamının əhəmiyyətindən danışıb.

Professor M.Babanlı akademik Çingiz Cuvarlı adına İxtisaslaşdırılmış auditoriyanın səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.

Çingiz Cuvarlının aspirantı olmuş, ADNSU-nun Elektromexanika kafedrasının dosenti İlham Rəhimli Azərbaycan elektrofizika məktəbinin banisi, dünya energetika elminin tanınmış simalarından olan Çingiz Cuvarlının həyat və fəaliyyəti haqqında məlumat verib.

Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov yeni açılan auditoriyanın tədris şəraitinin yaxşılaşdırılmasına geniş imkan yaradacağını deyib.

“Azərenerji" ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov, professorlar Nurəli Yusifbəyli, Əsgər Quliyev görkəmli alim Çingiz Cuvarlının elmi yaradıcılığının əhəmiyyətindən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Çingiz Cuvarlı adına auditoriya ADNSU-nun energetika fakültəsinin Elektromexanika kafedrasının balansında tələbələrin ixtiyarına verilib.

ADNSU-nun rektoru M.Babanlı energetika fakültəsinin təqdimatı əsasında universitetin bakalavriat və magistratura pillələrində təhsil alan və ən yüksək tədris göstəriciləri əldə edən iki tələbəyə Çingiz Cuvarlı adına təqaüdün təqdim olunmasına dair Elmi şuranın növbəti iclası qarşısında vəsatət qaldırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.