ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində YAP-ın ilk təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Hesabat-seçki yığıncağı Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

ADNSU-nun YAP ilk təşkilatının sədri dosent Tamilla Naibova hesabat məruzəsi ilə çıxış edib.

YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov partiyanın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, YAP-ın yaranması və 1993-cü ilin oktyabrında partiyanın sədri ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə prezident seçilməsi Azərbaycanda yeni dövrün, yeni inkişaf mərhələsinin əsasını qoyub.

ADNSU-nun rektoru professor Mustafa Babanlı YAP-a üzv olmağın şərəfli, eyni zamanda, çox məsuliyyətli bir iş olduğunu vurğulayıb. O, universitetdə ilk YAP təşkilatının yaranmasından danışıb. YAP-ın üzvü olan ADNSU əməkdaşlarını universitetin və cəmiyyətin həyatında aktiv olmağa çağırıb.

İclasda rektor Mustafa Babanlı ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova isə sədrin müavini vəzifəsinə seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.