ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində sərgi: Müstəqilliyimiz əbədidir

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş kitab sərgisi təşkil edilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, sərgidə ümummilli lider Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında və inkişafında misilsiz tarixi xidmətlərindən, Ulu Öndərin rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında əldə olunan nailiyyətlərdən bəhs edən kitablar və digər nəşrlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.