ELM VƏ TƏHSİL


Dövlət Pedaqoji Universitetində tələbələrlə görüş

Bakı, 16 sentyabr, AZƏRTAC

2019-2020-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan I tədris ilinin tələbələri ilə görüşlər keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, yeni qəbul olunan tələbələr universitet həyatı ilə tanış olub, onlara tədris və imtahan prosesi barədə məlumat verilib. Tələbələr dərsə davamiyyət, Bolonya prosesi, kredit sistemi, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, kitabxanadan istifadə, tələbə ictimai təşkilatları və ictimai-mədəni tədbirlər barədə məlumatlandırılıb.

Bildirilib ki, son illər yüksək bal toplayan abituriyentlər arasında ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı davamlı olaraq artıb. Bu il 338 gənc 500-dən çox bal toplayaraq universitetə qəbul olunub. Onlardan 189-u Filologiya fakültəsinə, 63-ü Tarix və coğrafiya fakültəsinə, 48-i Riyaziyyat fakültəsinə, 27-si Kimya və biologiya fakültəsinə, 11-i İbtidai təhsil fakültəsinə, 1 nəfər isə 608 bal toplayaraq Riyaziyyat fakültəsinə qəbul olunub. ADPU-nun 5 filialı üzrə 27 nəfər 500-dən çox, 2 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 365 nəfərdir. Cari tədris ilində filiallarla birlikdə 3 gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.

Yüksək balla universitetə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim edilib.

Sonra tələbələri və valideynləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.