ELM VƏ TƏHSİL


Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq üçün müsahibə mərhələsinə başlanılır

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-dən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil üzrə müsahibələrin keçirilməsinə start verilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsi Təhsil Nazirliyi, Dövlət Neft Fondunun nümayəndələri və müvafiq sahə üzrə ekspertin iştirakı ilə həyata keçirilir. Müsahibənin nəticəsinə uyğun olaraq, namizədlər haqqında yekun qərar verilir.

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün müvafiq seçim qaydalarının tələblərinə uyğun olaraq sənədləri uğurla təqdim etmiş və müsbət qiymətləndirilmiş namizədlər aidiyyəti üzrə növbəti mərhələ olan müsahibə mərhələsinə keçirlər.

Xatırladaq ki, Proqram çərçivəsində sənəd qəbuluna iyunun 6-dan başlanılıb və iyulun 15-i saat 23:59-dəkə davam edəcək.

Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.