İQTİSADİYYAT
Dövlət Radiotezliklər İdarəsinin loqosu yenilənib
Bakı, 10 dekabr, AZƏRTAC
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi həyata keçirilən islahatlar çərçivəsində rebrendinq edilməklə özünün yeni loqosunu təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində Dövlət Radiotezliklər İdarəsi tərəfindən texniki layihələrin icrası ilə yanaşı, korporativ idarəetmə sisteminin tətbiqi, yeni imicin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin görülməsi və bu çərçivədə bir müddət öncə idarənin yeni saytının da – “www.dri.az” istifadəyə verilməsi diqqətə çatdırılıb.
Yeni loqo idarənin adının abreviaturasını, radiotezlik simvolunu, radiotezliklərdən səmərəli istifadə və məhdud olması elementlərini özündə əks etdirir.
Məlumat üçün bildirək ki, Dövlət Radiotezliklər İdarəsi Azərbaycan Respublikası ərazisində mülki məqsədlər üçün radiotezlik idarəçiliyini həyata keçirən dövlət təşkilatıdır.